“Azərbaycanla oyunda ayaqüstə möhkəm dayanaraq favoritik”

5 Sentyabr 2025 12:40 Milli komanda 576
“Azərbaycanla oyunda ayaqüstə möhkəm dayanaraq favoritik”

Portuqaliyanın U-21 yığmasının üzvü Qabriel Braş AVRO-2027-nin seçmə mərhələsinin Azərbaycanla görüşü haqda danışıb.

Sportinfo.az “O Joga”ya istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi yığma komandamıza qarşı keçiriləcək matçı ilə bağlı fikirlərini bildirib:

“Rəqibi təhlil edirik. Lakin əsas diqqət həmişə öz komandamızdadır.

Vacib olan bizim necə oynadığımız və məşq etməyimizdədir. Azərbaycan hazırda ikinci plandadır.

Çalışdıq ki, matça maksimum hazırlıqlı yanaşaq. Etiraf edirəm ki, müəyyən məsuliyyətlə və ayaqüstə möhkəm dayanaraq favoritik.

Biz bunu matçlarda göstərmək üçün keyfiyyət və potensiala malik olduğumuzu bilirik”.

Portuqaliya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...