“Bizimkilərin Azərbaycanı 3:1 udacağını düşünürəm” - O, kimin adını çəkdi?

16:40 Milli komanda 290
“Bizimkilərin Azərbaycanı 3:1 udacağını düşünürəm” - O, kimin adını çəkdi?

Azərbaycanın U-21 millisi AÇ-2027-nin seçmə mərhələsinə Portuqaliyada start verəcək.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv açılış matçında yerli komandanın qonağı olacaq.

Bu ölkənin gəncləri ilə bizimkiləri tərəzinin eyni gözünə qoymaq təbii ki, mümkün deyil. Bütün komponentlərdə arada yerlə göy qədər fərq var.

Bəs, Azərbaycan futboluna bələd olan portuqaliyalı bu qarşılaşmadan nə gözləyir? Bizimkilərin sensasiya edəcəyinə ümid edir?

Sportinfo.az-a açıqlama verən “Stamdard”ın sabiq yarımmüdafiəçisi Hüqo Maçado ölkəsinin millisinin qələbə qazanacağını deyib:

“Təəssüf ki, oyunu canlı izləyə bilməyəcəyəm. Televiziya, ya da internet vasitəsi ilə baxmağa çalışacağam.

Hazırda Portuqaliyanın çox güclü U-21-i var. Gənclər inanılmaz dərəcədə potensiala sahibdirlər. Böyük əksəriyyəti də köklü və tanınmış klublarda çıxış edirlər.

“Benfika”nın formasını geyinən Joao Reqo mənim futbolçumdur, onunla əməkdaşlıq edirəm. Ona görə də komandanın nəyə qadir olmasından xəbərdaram.

Futbolda sensasiya qaçılmazdır. Lakin mən bizimkilərin 3:1 hesabı ilə qalib gələcəyini düşünürəm”.

Sentyabrın 5-də keçiriləcək Portuqaliya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti