"Azərbaycan millisində ÇL-ə vəsiqə qazanan "Qarabağ"dan bir neçə futbolçu var"

5 Sentyabr 2025 19:20 Milli komanda 1 194
"Azərbaycan millisində ÇL-ə vəsiqə qazanan "Qarabağ"dan bir neçə futbolçu var"

İslandiya millisinin yarımmüdafiəçisi Qisli Tordarson DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Reykyavikdə (5 sentyabr) Azərbaycana qarşı keçirəcəkləri açılış oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “433.is” portalına istinadən xəbər verir ki, “Lex”in (Poznan) üzvü millimiz haqda bunları deyib:

"Azərbaycan millisi yaxşı komandadır. Bu yaxınlarda Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Qarabağ”dan bir neçə futbolçu var.

Demək olar ki, bütün milli komandalarda keyfiyyətli oyunçular var. Lakin eyni zamanda, bu, bizim fikrimizcə, qalib gəlməyin olduqca mümkün olduğu bir matçdır.

Biz özümüzə qarşı tam səmimiyik. Bu matçda qalib gəlməliyik, yaxşı başlamalıyıq və Fransaya müsbət nəticə ilə getməliyik".

İslandiya – Azərbaycan görüşü sentyabrın 5-də keçiriləcək və oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...