“Azərbaycanla oyun ölüm-dirim məsələsinə yaxındır"

08:20 Milli komanda 157
“Azərbaycanla oyun ölüm-dirim məsələsinə yaxındır"

İslandiya yığmasının baş məşqçisi Arnar Gyunnleyqsson 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycanla keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, deyib:

"Fernandu Santuş təcrübəli məşqçidir. Mənim beynəlxalq futbol təcrübəm isə göstərir ki, hər oyuna bütün varlığını qoymalısan, əks halda işlər pis qurtara bilər.

Bu cür şeylər olmamalıdır. Biz özümüzü inanılmaz dərəcədə gümrah hiss edirik.

Məşqlər əla keçib, meydan da çox yaxşı vəziyyətdədir. Hazırda gərginlik səviyyəsi ideal görünür və bu matçla bağlı çox yaxşı hisslərim var.

Bu oyunu ölüm-dirim məsələsi adlandırmaram, amma buna çox yaxındır. Böyük xəyallarımız var və irəli atılmaq istəyirik.

Biz mütləq qalib gəlməliyik. Bu, özümüzün üzərimizə qoyduğumuz təzyiqdir. Qələbə qazanmalıyıq və bu qarşılaşma ətrafında necə müzakirələrin getdiyini hiss edirik".

Reykyavikdə keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti