Milliyə "avaralar"ı gətirməyin!

29 Oktyabr 2017 16:19 Milli komanda 570
Milliyə "avaralar"ı gətirməyin!

AFFA-nın Robert Prosineçki ilə bağladığı müqavilənin müddəti dekabrın 6-da başa çatacaq. Xorvatiyalı ovaxtadək öz maaşını alacaq və beləcə, hələ 1 ay, 1 həftə federasiyanın işçisi sayılacaq.

O aydındı ki, 3 illik macarənin sonu gəlib, Prosineski qarşı tərəfdən yeni təklif gözləmədən qərarını verib: bəxtini başqa ölkədə, bəlkə millidə, bəlkə də klubda sınayacaq. Sərgüzəşt həvəskarı olan Prosineçki burda prespektiv görmədi, vaxtında başını götürüb qaçırmış kimi rəftar elədi bizlərlə.

Bilin, vaxt gələcək, o da Berti Foqts kimi danışacaq, Azərbaycanda keçirdiyi günləri itirilmiş günlər kimi xatırlayacaq, təəssüfünü gizlətməyəcək, bir masa ətrafında çörək kəsdiyi insanların arxasınca gileylənəcək, məsxərəyə qoyacaq, özündən aşağıda tutacaq. Əcnəbilərin dəyişməz vərdişidi bu.

AFFA bu ilin əvvəlində onunla vidalaşsaydı, nə zaman boş yerə itirilərdi, nə bunca məsrəf yollara çəpilərdi, nə də hazırkı qeyri-müəyyənlik içində çabalamazdı. Yanvar-fevral aylarından bəlli idi ki, balkanlı fenomenin ruhu respublikamızın sərhədləri daxilini tərk edib, cismi 2 milyon avroluq təzminatın altında sıxılır.

"Bursaspor"dan aldğı təklifin cazibəsi onu o qədər özünə çəkmişdi ki, artıq Bakıda keçirdiyi hər gün ona həbsxana həyatı kimi gəlirdi; darıxırdı, işləməyə stimulu qalmamışdı, yola verirdi, ayaqlarını arxasınca sürüyürdü. F

ederasiya mənsubları "Bursaspor"un elçilərini qəbul etməyəndə, Prosineçki "Nilton" otelinin ilk etajında yerləşən restoranda siqareti bir-birinə calayanda, hirsindən telefonu yerə çırpanda, əlindəki fincanı masaya çırpıb arxasına baxmadan qapıdan çıxanda, artıq məlum edirdi ki, millini irəlidə nə gözləyir.

Foqtsun yoluna salınan sükançı əvvəlcə, məşqçilər şurasına, sonra mətbuata, sonra ictimaiyyətin bütün qismlərinə saymazlığı ilə bu həddə çatdırıldı. Axırda nə klubları izlədi, nə də bir kimləsə hesablaşdı. Axı, bu şəraiti yaradan olmasa, vəziyyət bu qədər kritik yerə dirənərdimi?

Bu məsələləri buraxaq səlahiyyət sahiblərinin ixtiyarına. Çünki bundan ən çox zərbə onların özlərinə dəyir, yekun nəticədə, baş məşqçinin onlarla hesablaşmadığı, onları saymadığı ayaq açıb yeriməyə başlayıb. Bu barədə pərdə arxasında danışılanlardan heç bəhs etməyə dəyməz. Hamısı geridə, dünəndə qalıb.

Uduzduğumuzu uduzmuşuq. Prosineçkinin müqaviləni ikinci müddətə uzatmayacağını bilən idarəçilər bu gün əl-ayağa düşməli deyildilər. Arama prosesinə martda - Almaniya ilə evdəki oyunqabağı yaranan narazılıqların ilk pərdəsi tüstüləndiyi dönəmdə start verilməliydi ki, indi Roberto di Matteo kimi hər yoldan ötən "avara"nın adı ölkəmizin bir nömrəli komandasıyla yanaşı hallanmasın.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!