Yığmamız “İnkişaf”ın ilk oyununda Moldovaya məğlub oldu

14 Aprel 2025 23:20 Milli komanda 567
Yığmamız “İnkişaf”ın ilk oyununda Moldovaya məğlub oldu

17 yaşadək oğlan futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirindəki ilk oyununda məğlub olub.

Sportinfo.az xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

“Zimbru” stadionunda keçirilən görüş Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli turnirdə növbəti matçlarını aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq