PSJ-nin stadionunun qapıları millimizin üzünə açılacaq

19 Aprel 2025 01:00 Milli komanda 579
PSJ-nin stadionunun qapıları millimizin üzünə açılacaq

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununun məkanı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı ölkənin Futbol Federasiyasına istinadən məlumat yayıb.

Matç Parisdəki “Park de Prens” stadionunda təşkil olunacaq. 48 minə yaxın bu arenada PSJ ev oyunlarını keçirir.

Matç oktyabrın 10-da olacaq.

Bundan başqa, Fransa millisi qrupun digər ev oyunlarında İslandiya (9 sentyabr) və Ukraynanı (13 noyabr) da sözügedən arenada qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti