Çempion 3-cü dəfə evləndi: Xanım özündən 17 yaş kiçikdir - FOTOLAR

02:40 Hadisə 87
Çempion 3-cü dəfə evləndi: Xanım özündən 17 yaş kiçikdir - FOTOLAR

Fransalı əfsanəvi futbolçu David Trezeqe yeni sevgili tapıb.

Sportinfo.az xəbər verir ki, 1998-ci ilin dünya çempionu ötən həftə 47 yaşında üçüncü dəfə evlənib.

O, bununla bağlı sosial şəbəkədə paylaşım edib. "İnstaqram"da "Həyatımızın ən özəl günü 19.04.2025-ci ildir", - deyə yazıb.

Sabiq forvard özündən 17 yaş gənc olan italyan Aldana Jozefina ilə evlənib. Onların toyu dəbdəbəli keçib. Mərasimdə Trezeqenin keçmiş komanda yoldaşları da iştirak edib.

Fotoların bəzilərində Klaudio Kaniqqiya, Marselo Salas və Maxi Rodrigezə rast gəlinir. Argentinalı jurnalist Pablo Kalvarinin dediyinə görə, Zinəddin Zidan, Andrea Pirlo və Alessandro del Piero da mərasimdə olub.

Bu evlilik dünya və Avropa çempionu üçün üçüncüdür. 2000-ci ilin fevralında o, ispan əsilli gənc fransız qadın Beatsiz Villalba ilə evlənib.

Bu münasibət nəticəsində iki uşaq dünyaya gəlib. O, daha sonra argentinalı tərcüməçi Belen Kosimo ilə ailə həyatı qurub. Onun bu macəradan da iki övladı var.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!