İdman edərkən faciəvi şəkildə öldü - 11-ci sinif şagirdi

30 Aprel 2025 02:00 Hadisə 921
İdman edərkən faciəvi şəkildə öldü - 11-ci sinif şagirdi

Abşeron rayonu, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi faciəvi şəkildə dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, 11-ci sinif şagirdi olan Roman Şahvələdli evdə idman edərkən ehtiyatsızlıqdan vəfat edib.

Bu barədə məlumatı vəkil Gülnar Nəzərli verib. Vəkil bildirib ki, Roman evdə idman zamanı karate kəmərindən istifadə edərkən ehtiyatsızlıq edib. Bu da onun dünyasını dəyişməsinə səbəb olub.

Məlumata görə Roman idman edərkən karate kəmərinin onun boğazına dolaşması nəticəsində vəfat edib.

Roman məktəbin nümunəvi şagirdlərindən biri olub. İdmana böyük marağı olan Roman uzun müddət imiş idmanla məşğul olurmuş.

Hadisənin baş verməsində cinayət tərkibi olmadığı üçün Abşeron Rayon Prokurorluğunun qərarı cinayət işinin başlanması rədd edilib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı