Millimizə namizəd oldu, meneceri “dil-dil ötdü”: “O, öləni "dirildir"

12 Sentyabr 2025 13:40 Milli komanda 1 210
Millimizə namizəd oldu, meneceri “dil-dil ötdü”: “O, öləni "dirildir"

Türkiyəli mütəxəssis Engin Fırat Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə onun meneceri Tolgahan Tuğlu Türkiyə mətbuatına açıqlama verib.

O, Azərbaycandan Engin Fıratla maraqlandıqlarını söyləyib.

"Rəsmi təklif gəlsə, danışıqlara başlayacağıq. Azərbaycandan mənə çox zənglər gəlib.

Nə qədər rəsmi şəxslər olduğunu bilmirəm. Amma maraq həqiqətən böyükdür.

Lakin mənə çatan rəsmi təklif yoxdur. Engin Fırat Azərbaycan millisinə gedər? Əlbəttə.

Ora qardaş ölkədir. Azərbaycanda hocanın hörmət etdiyi futbol mədəniyyəti var".

Tolgahan Tuğlu baş məşqçinin Keniyadakı karyerasının uğurlu alındığını söyləyib.

"Azərbaycan millisində uğurlu nəticələr əldə edə bilər. Engin hoca öləni "dirildir".

Keniyada etdikləri hər kəsə bəllidir. Siz fikirləşin, Azərbaycan yığması ilə nələr edər"

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş