De Byazi millinin bir neçə futbolçusundan AFFA-ya şikayət etdi

13 Oktyabr 2021 13:00 Milli komanda 3 406
De Byazi millinin bir neçə futbolçusundan AFFA-ya şikayət etdi

Canni De Byazi millinin bir qrup futbolçusundan AFFA-ya şikayətlənib.

İtalyan çalışdırıcı adları bizə bəlli olan, amma müəyyən səbəblərdən açıqlamaq istəmədiyimiz oyunçuların özlərini düşərgədə «pis aparmasını» iddia edib.

65 yaşlı mütəxəssis bildirib ki, verdiyi tapşırıqların icrası onu narazı salır. Apenninli sükançı «futbolçu hovuzu»nun kiçik olduğunu, bu səbəbdən çıxışından məmnun qalmadığı kəsləri düşərgədən uzaqlaşdırmağa tərəddüd etdiyini söyləyib.

De Byazinin nişan verdiyi oyunçular yalnız yaşlı kollektiv üzvləri deyil. O, gənclərin də intizam sarıdan tələbləri yerinə yetirmədiyini deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"