"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın onunla danışıqlar apardığı barədə yayılan xəbərlərə münasibət bildirib. Sportinfo.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis AFFA-nın millinin baş məşqçi vəzifəsi üçün ona müraciət etmədiyini deyib:
"Tövsiyə etməzdim ki, siz də bunu müzakirə edəsiz. Bu, istər-istəməz hər bir baş məşqçiyə təsir edə bilər. Prosineçkinin işi göz qabağındadı. Fikrimcə, Prosineçki Azərbaycan futbolu üçün çox faydalıdı.
Mən də bu barədə düşünmürəm və heç bir danışıq olmayıb. Mənim fikrim hazırda “Qarabağ”la bağlıdı. Ümumiyyətlə, bu məsələyə görə Prosineçkinin üzərinə getməyə ehtiyac yoxdu".