
"Qarabağ" Andre Klovislə maraqlanması barədə yayılan xəbərlər günlərdir medianın diqqət mərkəzindədir.
İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə bu tip çoxsaylı informasiyalara malikdir.
İddialara görə, Azərbaycan çempionu uzun müddətdir braziliyalı hücumçunun transferinə çalışır və bu yöndə danışıqlar aparır.
Məlumata görə, Qurban Qurbanovun sərəncamında görmək istədiyi Klovisi yola gətirmək mümkün olub. Hətta yaxın vaxtlarda tərəflərin yekun razılığa gələcəyi də gözlənilir.
Əgər keçid reallaşsa, hətta “Qarabağ”ın onu avrokubok matçlarında növbəti mərhələ oyunları üçün sifariş edə biləcəyi də ehtimal olunur.
Saytımız bu xəbərləri incələyib.
Əldə etdiyimiz bilgiyə görə, Andre Klovis müxtəlif menecerlər vasitəsilə kluba təklif olunub.
Lakin Qurban Qurbanov bu variantın üzərində dayanmayıb. Baş məşqçi onun yaşını və oyun tərzini nəzərə alaraq, digər namizədlərə yönəlib.
Xülasə, cənubi amerikalı forvardı “Qarabağ“da görməyəcəyik.
27 yaşlı forvard müqavilə ilə “Akademika Vizeu”ya məxsusdur. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Klovis karyerası ərzində “İnternasional”, “Leykşoeş” və “Eştoril”də forma geyinib.
SPORTİNFO.AZ