
«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov yeni görüntüləri ilə diqqət mərkəzinə düşüb.
Onun sosial şəbəkələrdə yayılan kadrları Skopyedə çəkilib.
Belə ki, təcrübəli mütəxəssis komandasının Şimali Makedoniya paytaxtında keçdiyi son məşqdə aktiv iştirak edib. Çalışdırıcı bir qrup futbolçu ilə birlikdə «dır-dır» oynayıb.
“Toşe Proeski” stadionunda çəkilən görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Ağdam təmsilçisi burada Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxıb.
“Şkendiya“nın qonağı olan çempionumuz Toral Bayramovun ilk hissədə penaltidən vurduğu yeganə qolla ev sahiblərinə qalib gəlib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN