“Qarabağ”ın oyunu təxirə salınacaq - ÇL-də mərhələ keçsə

9 Avqust 17:20 Qarabağ 4 304
“Qarabağ”ın oyunu təxirə salınacaq - ÇL-də mərhələ keçsə

Premyer Liqanın 2025/26 mövsümünün 1-ci turunun “Sabah” - “Qarabağ” oyunu təxirə salına bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən, (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah” - “Qarabağ” matçı təxirə salınacaq.

"Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Şkendiya"ya qalib gəlib (1:0).

Bu komandalar arasında cavab oyunu avqustun 12-i Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu