AFFA bölgə klubunu Premyer Liqadan qova bilər.... ŞOK GƏLİŞMƏ!

9 Avqust 19:00 Azərbaycan Futbolu 1 686
AFFA bölgə klubunu Premyer Liqadan qova bilər.... ŞOK GƏLİŞMƏ!

Azərbaycan futbolunda "İmişli" biabırçılığı davam edir.

Birinci Liqada gümüş medal qazanan komanda 19 ildən sonra elitaya vəsiqə qazandı.

Qazanmaz olaydı.

Bunu biz yox, İmişlidən olan futbolsevərlər düşünür.

Klub öncə doğma rayondan üz çevirdi.

Stadion bəhanəsi ilə.

AFFA da bu ayrılığa göz yumdu. Elə biz də göz yummağa çalışırıq.

Ki, uzun illər ölkə futbolunun evini yıxıblar.

Sıfırdan işlər görülür. Klub sayı, liqalar artırılıb. Keçid dövründə səbrli olmaq, güzəşt etmək mütləqdir.

Təəssüf ki, aran təmsilçisi hər ötən gün lap ağını çıxarır.

Güzəşt olundu, yeni ünvan da təqdim edildi. Elan olundu ki, "İmişli" rəqiblərini Quba Olimpiya Kompleksinin stadionunda qəbul edəcək.

Hətta Peşəkar Futbol Liqasının əməkdaşları adıçəkilən ünvanda təftiş də apardı.

Nöqsanlar barədə "İmişli" tərəfinə məlumat verilsə də, qarşı tərəf yenə vecsizlik göstərdi.

Mövsümün startına 1 həftə qalmış məlum olur ki, görülməli işlər orada da tamamlanmayıb.

Çarəsiz qalan PFL bu dəfə "İmişli"nin rəqiblərini Şamaxı şəhər stadionda qəbul etməsi üçün yaşıl işıq yandırıb.

Nahaq!

Ölkə futbolunu barmağına dolayan, AFFA-nı vecinə almayan bu cür həvəskar klub cəzalandırılmalıdır.

Stadionu hazır edə bilmirlər?

Texniki məğlubiyyət verilsin.

Dərs olmasa?

Lazımdır lap Premyer Liqadan kənarlaşdırsınlar.

Keçid dövründə səbrli olmaq, güzəşt etməklə bərabər, həm də sərt qərarlara mütləq ehtiyac var.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti