“Qarabağ”a elçi düşdülər - 1,2 milyon avro qiymət qoyuldu, SATILACAQMI?

10 Avqust 2025 00:30 Qarabağ 4 950
“Qarabağ”a elçi düşdülər - 1,2 milyon avro qiymət qoyuldu, SATILACAQMI?

Emmanuel Addai tezliklə “Qarabağ”dan ayrıla bilər.

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə yerli APOEL ciddi şəkildə maraqlanır.

Kiprlilərin Ağdam klubu ilə razılığa yaxınlaşdığı bildirilir.

Qanalı legionerin “Qarabağ”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdir.

Onun transfer dəyəri 1,2 milyon avro qiymətləndirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti