"Qrizmann, öl! Sən insan olmağı unutdun!" - FOTO

2 Dekabr 2019 14:35 Maraqlı 2 214
"Qrizmann, öl! Sən insan olmağı unutdun!" - FOTO

"Barselona"nın hücumçusu Antuan Qrizmann İspaniya La Liqasının XV turunun "Atletiko" ilə səfər oyununda xoşagəlməz hadisə ilə üzləşib.

Sportinfo.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun sabiq üzvü yerli azarkeşlər tərəfindən təhqir olunub. "Atletiko"lu fanatlar hələ oyunöncəsi isinmə hərəkətləri zamanı "Qrizmann, öl!" şüarı səsləndiriblər.

Bundan başqa, yerli tərəfdarlar forvardın əleyhinə pankart açıblar. Bannerdə bu sözlər yazılıb: "Hər zaman bir adın olmağını istədin, adı qazandın, amma insan olmağı unutdun!".

Qeyd edək ki, "Barselona" Lionel Messinin qolu sayəsində çətin səfərdə minimal hesablı qələbə qazanaraq, yenidən liderliyə yüksəlib. "Atletiko" isə 25 xalla 6-cı pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!