Qalib azərbaycanlıları təriflədi, uduzan futbolçu ona dəstək verdi - FOTO

27 Fevral 2023 17:40 Maraqlı 482
Qalib azərbaycanlıları təriflədi, uduzan futbolçu ona dəstək verdi - FOTO

“Şamaxı” Premyer Liqanın 24-cü turunda çempionatın güclü və iddialı komandalarından olan “Sabah”ı məğlub etməyi bacardı.

“Tələbələr”in sonuncu pillədə yer alan komandaya 1:2 hesabı ilə uduzacağı heç kimin ağlına gəlməzdi.

Lakin azərbaycanlılardan təşkil olunmuş və əksər futbolçuların elita həyəcanını bu mövsümdən hiss etməyə başladığı komanda proqnozları alt-üst etdi.

Müdafiəçi Cəlal Hüseynov məlum qalibiyyətdən sonra “instagram” hesabında maraqlı paylaşım edib.

Azərbaycan yığmasına da dəvət olunan mərkəz oyunçusu matçdan fotolar paylaşaraq altına “azərbaycanlılar” bacarır sözlərini yazıb.

Postu bəyənənlər arasında iki legionerin olması diqqət çəkməyə bilməz. Biri “Kəpəz”li Ahmed Ayzayadır, digəri “Sabah”ın hücumçusu Davit Volkov.

Hər ikisi əcnəbi “Zirə”də Cəlalın komanda yoldaşı olsa da, Volkov şənbə günü baş tutan oyunda “Sabah”ın futbolçusu kimi iştirak edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti