Qurban Qurbanovla bağlı bu xəbər polşalıları QORXUYA SALACAQ

5 İyul 2022 16:40 Maraqlı 1 490
Qurban Qurbanovla bağlı bu xəbər polşalıları QORXUYA SALACAQ

“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə start verir.

“Kor püşk” ilk mərhələdəcə komandamızın önünə güclü rəqib çıxarıb.

Polaş çempionu “Lex”lə duellərdən qalib ayrılmaq komandamız üçün heç də asan olmayacaq.

Bəs bu günə kimi “ağdamlılar” oxşar durumla üzləşiblərmi?

Düzdü, son illər yığdığı yüksək reytinqə görə Qurban Qurbanovun yetirmələri ilk mərhələ də yox, hətta mərhələlərdə belə “Dişinə” görə rəqiblərlə qarşılaşıb. Bir qədər uzaq tarix olsa da, əksi də yaşanmamış deyil.

1998/99 mövsümü – Uefa Kuboklar Kuboku: “Qarabağ” – “Kopenhagen” (Danimarka) – 0:4, 0:6.

1999 mövsümü – Uefa İntertoto Kuboku: “Qarabağ” – “Makkabi” (Hayfa, İsrail) – 0:1, 2:1.

2009/10 mövsümü – Uefa Avropa Liqası: “Qarabağ” – “Rosenborq” – 0:0, 1:0.

Gördüyünüz kimi, “Qarabağ” tarixində indiyə kimi 3 dəfə güclü rəqibi ilə startdaca üz-üzə gəlib və bu qarşılaşmalardan ikisində surpirz etməyi bacarıb.

“Makkabi” üzərindəki zəfər komandanın kasıb günlərinə təsadüf edir. Səfər qarşılaşmasında vurduğu iki qolla uğurun memarı olan Müşfiq Hüseynov bugün də məşqçi kimi komandadadır. “Rusenborq” üzərindəki uğur isə elə hazırkı baş məşqçi Qurban Qurbanovun dönəminə düşür. Deməli, komandanın ilk mərhələdəcə güclü rəqiblə qarşılaşmaq, uğur qazanmaq kimi təcrübəsi və təcrübəliləri var.

Ümumilikdə isə “Ağdamlılar” bugünə qədər avrokuboklardakı 18 startın cəmi 5-ində büdrəyərək mübarizəni dayandırıb. Və bu uğursuz matçların heç biri hazırkı çalıçdırıcı Qurban Qurbanovun payına düşmür.

Təcrübəli mütəxəssisin dönəmində “Qarabağ” bütün hallarda startda mərhələ keçən tərəf olub. Onun komandası bu mərhələdə meydana çıxdığı 23 qarşılaşmada 16 qələbə qazanıb və 7 heç-heçə edib. Məğlubiyyət yoxdur. Ümid edək ki, xoş ənənə “Lex”lə matçlarda da davam edcəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti