Bölgə klubu yeni məkan tapdı – 1 illik icarə müqaviləsi

2 May 2022 17:40 Şamaxı 1 776
Bölgə klubu yeni məkan tapdı – 1 illik icarə müqaviləsi

Məlumat verildiyi kimi, “Şamaxı” mayın 31-də “ASR Arena”nı tamamilə tərk edəcək.

Klubun idman mərkəzinin sahibi olan Azərbaycan Sənaye Koorporasiyası ilə müqaviləsi həmin tarixdə başa çatacaq.

İndi maraq doğuran sual odur ki, sabiq “bankirlər”ın akademiyasının aqibəti necə olacaq? “Şamaxı”nın uşaq futbol məktəbi təmsil etdiyi rayonda məskunlaşacaq, yoxsa fəaliyyətini dayandıracaq?

Uşaqların böyük əksəriyyəti Bakıdan olanlardır ki, futbolla məşğul olanlar həm də orta məktəblərdə təhsil alır. Onlar da Şamaxıya köç etməli olsa, təhsil problemi necə həll olunacaq?

Klubun idman direktoru, daha dəqiq desək, aşağı yaş qruplarından ibarət komandaların əlaqələndiricisi Vəli Qasımov artıq xeyli vaxtdır Şamaxıdadır.

Həftənin çox hissəsini sözügedən bölgədə keçirən ötənlərin məşhur futbolçusu Şamaxıda və Qabostanda məşqçilik bacarığı olan məşqçilərlə görüşür, onlardan yerli potensiallı futbolçular haqda bilgilər toplayır.

Artıq iki şamaxılı məşqçi kluba işə götürülüb. Məşqləri əsasən Qasımovun özü keçir, həmin iki nəfər ondan həm təcrübə toplayır, həm işini asanlaşdırmaq üçün ona kömək edir.

Mütəxəssislərin hazırlıq keçdiyi uşaqlar da Şamaxıdan və kəndlərdən olanlardır.

Hələlik “Şamaxı”nın akademiyası iki yerə “parçalanacaq”. 9-14 yaş qrupları üzrə komandalar rayonda fəaliyyət göstərəcək.

15-19 yaşarası qrupıar, o cümlədən, əvəzedici heyət yenə paytaxtda məskunlaşacaq. Akademiyanın Bakıda qalacaq “partiya”sının yeni ünvanı da məlumdur - Şağan Olimpiya Kompleksi.

Tərəflər 1 illik icarə müqaviləsi bağlamağa hazırlaşır. Bu işdə AFFA da “Şamaxı”ya yardımçıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti