IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev İtaliyadan - "Yuventus"dan dəvət alıb. Sportinfo.az xəbər verir ki, bu barədə 32 yaşlı idmançının özü açıqlama verib. 5 qat dünya və 10 qat Avropa çempionu bildirib ki, Rusiyanın paytaxtı Moskvada yaşayan köməkçisi İtaliya təmsilçisi ilə əlaqə saxlayaraq, onun barəsində danışıb:
"İngilis dilini bilmədiyim üçün bəzi işləri köməkçimə həvalə etmişəm. O, "Yuventus"un direktoruna bu klubun azarkeşi olduğumu söyləyib. Klub da məni İtaliyaya dəvət edib. Yaxın zamanda ora yollanaraq, formamı "Yuventus"a hədiyyə edəcəyəm. Muzeyləri ilə tanış olub, turistlərlə şəkil çəkdirəcəm. 19 yaşım olanda karateni atıb, futbola keçmək istəyirdim. Sonradan fikrimi dəyişdim".

