Üstündə narkotik tapılan yığmamızın üzvü 5 il həbsdə yatacaq

16 May 2017 17:24 Karate 1 240
Üstündə narkotik tapılan yığmamızın üzvü 5 il həbsdə yatacaq

Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ikiqat Avropa çempionu Renad Əliyevin işi üzrə məhkəmə iclası yekunlaşıb. Sportinfo.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Renad Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Renad Əliyev karatenin şotokan və vado-ryu növləri üzrə ikiqat Avropa çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidi. Əliyev ötən il oktyabrın 18-də həbs olunub. Ona qarşı satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı irəli sürülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti