Millimiz həlledici görüşdə təcrübəsizlik üzündən məğlub oldu

9 May 2017 00:46 Karate 868
Millimiz həlledici görüşdə təcrübəsizlik üzündən məğlub oldu

Şahin Atamov (+84 kq) və Roman Heydərovun (kata) qazandığı bürünc medallarla azərbaycan karateçiləri Avropa çempionatını başa vurublar. Sportinfo.az xəbər verir ki, onların final şansı olsa da, müəyyən səbəblərdən fəxri kürsünün daha yüksək pillələrində yer ala bilməyiblər.

Federasiyanın prezidenti, WKF-in Texniki Komitəsinin, eləcə də EKF-in İcraiyyə komitəsinin üzvü Yaşar Bəşirov mükafatlandırma mərasimində iştiak edib. Rəsmi yarışlarda ilk dəfə çıxış edən kata üzrə milli komandamız isə bürünc medal uğrunda həlledici görüşdə təcrübəsizlik üzündən məğlub olub. Kişilərdən ibarət əsas heyət Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşdığından, Türkiyənin Kocali şəhərində 52-ci qitə çempionatında ikinci heyətin üzvləri iştirak edib.

Çempionatın tatami menecerinin köməkçilərindən biri kimi məsul işi aparan beynəlxalq hakim Cahangir Babayevə həmçinin final görüşlərini idarə etmək həvalə olunub. Onunla bir yerdə digər beynəlxalq hakim Yusif Məmmədov, Avropa Karate Federasiyasında hakimlik fəaliyyətinin 10 ili tamam olması münasbətilə xüsusi bürünc döş nişanına layiq görülüblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti