Ağayev son 10 ilin ən yaxşıları arasına düşdü - VİDEO

22 Sentyabr 2020 17:10 Karate 618
Ağayev son 10 ilin ən yaxşıları arasına düşdü - VİDEO

Fransanın paytaxtı Parisdə 2012-ci ildə keçirilmiş karate üzrə dünya çempionatının maraqlı anları paylaşılıb.

Sportinfo.az xəbər verir ki, Ümumdünya Karate Federasiyasının (WKF) saytı son 10 ildə ən maraqlı döyüşlər seriyasını təqdim edib.

Bunun üçün 2010, 2012, 2014, 2016 və 2018-ci illərdə keçirilmiş dünya çempionatlarına nəzər yetirilir.

2012-ci ildəki dünya çempionatında keçirilmiş maraqlı döyüşlər arasında beşqat dünya çempionu Rafael Ağayevin final döyüşü də var. R.Ağayev həmin döyüşdə italiyalı rəqibi Luici Buzaya uduzmuşdu. Həmin maraqlı görüntülər sentyabrın 25-də WKF-in “YouTube” versiyası vasitəsilə göstəriləcək.

Maraqlıdır ki, WKF daha əvvəl iyulun 3-də paylaşdığı yaddaqalan görüntülərdə də Rafael Ağayev – Luici Buza görüşünə yer vermişdi. Onda Serbiyanın paytaxtı Belqradda 2010-cu ildə keçirilmiş tərəflərin final görüşündə Rafael qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti