İcraiyyə Komitəsinə üzv seçildi

5 May 2017 13:12 Karate 984
İcraiyyə Komitəsinə üzv seçildi

Türkiyənin Kocaeli şəhərində Avropa Karate Federasiyasının (EKF) hesabat seçki Konqresi keçirilib. Sportinfo.az xəbər verir ki, seçki nəticəsində Antonio Espinos daha 6 il müddətinə EKF prezidenti seçilib. İspaniyalı funksioner 42 mümkün səsin hamısını toplayıb.

O, quruma 1997-ci ildən rəhbərlik edir. Konqres çərçivəsində EKF İcraiyyə Komitəsinə seçki də keçirilib. Nəticədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da 11 nəfərdən ibarət İcraiyyə Komitəsinə üzv seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!