Yığmamızın üzvləri Türkiyədə ad günü keçirdi - VİDEO

14 Avqust 2020 21:40 Karate 1 090
Yığmamızın üzvləri Türkiyədə ad günü keçirdi - VİDEO

Karate üzrə II Avropa Oyunlarının qalibi, komanda şəklində qitə çempionu Asiman Qurbanlı ad gününü Türkiyənin İstanbul şəhərində qeyd edib.

Sportinfo.az xəbər verir ki, idmançımız 75 kq çəki dərəcəsində Rafael Ağayevin rəqiblərindən olan, dünya və Avropa mükafatçısı Erman Eltemurla dostluğu sayəsində İstanbula gedib.

Bəllidir ki, Bakıda qapalı məkanda məşqlərə icazə verilmir. Türkiyədə isə problem olmadığından, Asiman Eltemurun üzvü olduğu “İstanbul Böyükşəhər Bələdiyyəsi” idman klubunda məşqlərə başlayıb.

Dünən klub A.Qurbanlının 28 yaşı üçün ad günü məclisi təşkil edib. Kiçik məclisdə “İstanbul BB”nin baş katibi Ərdəm Aslanoğlu, taekvondo üzrə dünya və Avropa çempionu Nur Tatar, karateçi Eda Eltemur (İrina Zaretskayanın 68 kq-da rəqiblərindən biri) və atlet Murat Gündüz iştirak edib.

Asiman Qurbanlı daha bir həftə İstanbulda hazırlıq keçəcək.

Digər Xəbərlər
Xəbər Lenti