Premyer Liqanı izləməyi 2021-ci ildən tez arzu etməyin!

4 Avqust 2020 09:14 Karate 1 335
Premyer Liqanı izləməyi 2021-ci ildən tez arzu etməyin!

Ümumdünya Karate Federasiyası (WKF) 2021-ci ilin ilkin təqvim planına Bakıya yarış saldığını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, gələn il keçiriləcək beş Premyer Liqa yarışından (bu il bu yarışın sayı altı idi – red.) biri – ikincisi Bakıda baş tutacaq.

Bu yarış 12-14 mart tarixlərində təşkil olunacaq.

Digər Premyer Liqa yarışları Lissabon (19-21 fevral), Rabat (9-11 aprel), Daşkənd (3-5 sentyabr) və Moskvada (1-3 oktyabr) keçiriləcək. Bunlardan Mərakeş və Rusiyadakı yarışlar istisna olmaqla, Premyer Liqa bu ölkələrdə ilk dəfə baş tutacaq.

Lakin Bakıdakı yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalı qazandırmayacaq. Belə ki, Rabatdakı Premyer Liqa, İsveçin Yöteborq şəhərindəki Avropa çempionatı (12-16 may) və Fransanın paytaxtı Parisdəki Təsnifat turniri (11-13 iyun) lisenziya xalı qazandıran yarışlar olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda