Avropa çempionatı Bakıya verildi

26 İyul 2020 22:00 Karate 1 078
Avropa çempionatı Bakıya verildi

Karate üzrə böyüklər arasında Avropa çempionatı Bakıda keçiriləcək.

Sportinfo.az-n Dünya Karate Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarış 2025-ci ildə baş tutacaq.

Qərar Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin bu gün keçirilən videokonfransında qəbul edilib.

2021-2025-ci illərin ilkin təqvimini hazırlayan komitə 2025-ci ildə qitə birinciliyinin paytaxtımızda təşkil olunacağını təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda