"Azərbaycan və ya xaricdəm yaxşı film təklifi alsam, gedərəm"

12 İyul 2020 13:20 Karate 934
"Azərbaycan və ya xaricdəm yaxşı film təklifi alsam, gedərəm"

"Gələcəkdə "Survivor"dan təklif gəlsə, düşünərəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin karateçisi Rafael Ağayev "Instagram" səhifəsində canlı yayımda izləyicilərdən birinin sualını cavablandırarkən deyib.

Titullu idmançı bildirib ki, indiki halda şou-biznesə keçməyi planlaşdırmır: "Pərviz Abdullayev karyerasını başa vururdu deyə ora gedib çıxdı. Çox ağıllı hərəkət etdi.

Amma mənim hələ ki, şou-biznesə keçmək fikrim yoxdur. Məni düzgün başa düşün. Bu, Pərvizə söz atmaq deyil. Çünki onunla tonla çörək kəsmişəm, yoldaşlıq edirəm" (report).

Ağayev daha çox karyerasını düşündüyünü söyləyib: "Mənim olimpiya medalım yoxdur. Ona əlim dəyməyib, bu mükafata acam. Bu gün əsas istəyim həmin medalı qazanmaqdır.

Amma karyeramın sonunda təklif olsa, iştirak edərəm. Bundan başqa, Azərbaycan və ya xaricdəm yaxşı film təklifi alsam, gedərəm. Çünki özümü orada görür, hiss edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu