Ağayevin italyanla finalı bir başqa aləmdir - VİDEO

17 İyun 2020 21:00 Karate 988
Ağayevin italyanla finalı bir başqa aləmdir - VİDEO

Dünya Karate Federasiyası (WKF) son 10 ilin dünya çempionatlarından yaddaqalan anları yenidən yayımlayacaq.

Sportinfo.az WKF-in rəsmi saytına istinadən xəbər verir ki, qurum "YouTube" kanalı vasitəsilə ən yaxşı kumite qarşılaşmalarını göstərəcək.

Onlar arasında 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin də görüşü var. 35 yaşlı təcrübəli idmançının 2010-cu ildə Serbiyanın paytaxtı Belqraddakı mundialda final qarşılaşması təqdim ediləcək.

Ağayev həmin dueldə italiyalı Luici Busanı məğlubiyyətə uğradıb və 4-cü dəfə dünya çempionu adını qazanıb. WKF bu qarşılaşmanı iyulun 3-də yayımlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!