Ağayev italyanı cırnatdı, "Yuventus”u göstərib dedi, “Bu klubu tanıyırsan?” - VİDEO

8 May 2020 20:40 Karate 1 032
Ağayev italyanı cırnatdı, "Yuventus”u göstərib dedi, “Bu klubu tanıyırsan?” - VİDEO

“Dünya karatesinin qara brilyantı” Rafael Ağayev italyan rəqibi Luici Busa ilə virtual döyüş keçirib.

Sportinfo.az xəbər verir ki, "döyüş"dən videonu Rafael Instagram səhifəsində paylaşıb.

Beşqat dünya, 11 qat Avropa çempionumuz sosial şəbəkədə dünya və Avropa çempionatlarının mükafatçısı, bir neçə dəfə üz-üzə gəldiyi İtaliya təmsilçisi Luici Busa ilə birlikdə izləyiciləri üçün virtual məşq keçiblər. Onlar bir neçə təmrin göstərərək tamaşaçılarına bəzi tövsiyələr veriblər.

Bundan sonra ustalar öz aralarında zarafatyana virtual “döyüş” keçiriblər. Sonda isə Rafael Ağayev italiyalı idmançını cırnatmaq üçün pərəstişkarı olduğu “Yuventus”un köynəyini göstərərək: “Bu klubu tanıyırsan? Forza "Juve"!” - deyib. Milan “İnter”inin fanatı olan Busa isə gülərək öz komandasını dəstəkləyib.

Luici Busa gələn il Tokioda keçiriləcək Olimpiadada Rafael Ağayevin əsas rəqiblərindəndir. Dünya reytinqində hazırda Luici ikinci, Rafael isə üçüncü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”