Rafael Ağayev Rabat Premyer Liqasının qalibi oldu

20 Aprel 2017 12:23 Karate 719
Rafael Ağayev Rabat Premyer Liqasının qalibi oldu

“Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb. Sportinfo.az xəbər verir ki, dəfələrlə Dünya və Avropa çempionu olan idmançımız bu dəfə Mərakeşin paytaxtı Rabatda fərqlənib.

O, 34 ölkədən 384 idmançının qatıldığı karate üzrə Rabat Premyer Liqasının qalibi olub. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərini məğlub edib. Bununla da karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti