Bakıdakı Avropa çempionatı ləğv olundu

14 Mart 2020 00:24 Karate 581
Bakıdakı Avropa çempionatı ləğv olundu

Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib.

O, bildirib ki, belə bir qərar koronavirus infeksiyası ilə əlaqədar qəbul olunub.

İ.Məmmədov 5 - 7 iyunda nəzərdə tutulan "Formula 1" üzrə Azərbaycan Qran-prisi barədə hələ qərar qəbul olunmayıb. Karate üzrə Avropa çempionatı 25 - 29 martda keçirilməli idi.

Digər Xəbərlər
Xəbər Lenti