“Qəbələ”li Ağayev Rabat Premyer Liqasının qalibi oldu

19 Aprel 2017 09:36 Karate 717
“Qəbələ”li Ağayev Rabat Premyer Liqasının qalibi oldu

“Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb. Sportinfo.az xəbər verir ki, dəfələrlə Dünya və Avropa çempionu olmuş idmançımız bu dəfə Mərakeşin paytaxtı Rabatda fərqlənib.

O, 34 ölkədən 384 idmançının qatıldığı karate üzrə Rabat Premyer Liqasının qalibi olub. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərini məğlub edib. Bununla da karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!