Ağayev Premyer Liqanın "qızıl"ını qazandı - FOTO

16 Fevral 2020 20:04 Karate 769
Ağayev Premyer Liqanın "qızıl"ını qazandı - FOTO

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti titulunu qazanıb.

Sportinfo.az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan Karate1 Premyer Liqa turnirinin qalibi olub.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız bu gün keçirilən final qarşılaşmasında italiyalı Luici Busa ilə üz-üzə gəlib. 3:2 hesablı qələbə qazanan Rafael qızıl medala yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçimiz Rafiz Həsənov 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayıb. 67 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Burak Uyğura (Türkiyə) 0:2 hesabı ilə uduzaraq bürünc medalın bir addımlığında dayanıb.

Yarışda 85 ölkədən 571 karateçi iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı