İrina Zaretska medal və olimpiya lisenziyası qazandı

16 Fevral 2020 14:40 Karate 961
İrina Zaretska medal və olimpiya lisenziyası qazandı

Dubayda təşkil edilən Karate -1 Premyer Liqa turnirinə bu gün yekun vurulacaq. Azərbaycan karateçiləri də qızıl və bürünc medallar uğrunda mübarizəyə aparırlar.

Sportinfo.az xəbər verir ki, finala vəsiqə qazanan Rafael Ağayev (75 kq) karyerasında növbəti çempionluğu qazanmağa yaxındır. Həlledici qarşılaşmada onun rəqibi italiyalı Luici Busa olacaq. Bürünc medal uğrunda mübarizə aparan təmsilçilərimizdən 67 kq çəkidə döyüşən Rafiz Həsənov Burak Uyğura (Türkiyə) uduzaraq yarışı mükafatsız başa vurub. Qadınlar arasında 68 kq çəkidə mübarizə aparan İrina Zaretska isə bürünc medal uğrunda görüşdə Fransa idmançısı Alize Ajyeyə qalib gələrək turnirin 3-cüsü olub. Bununla reytinq xallarını artıran Zaretska ən yaxın izləyicilərini xeyli qabaqlayaraq Tokio Olimpiadasına lisenziyanı təmn edib.

Yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var