"Çox təzyiq edəcəyimi bilirdim, amma məcbur oldum və..."

6 Fevral 2020 11:48 Karate 1 314
"Çox təzyiq edəcəyimi bilirdim, amma məcbur oldum və..."

“Mən iki il ardıcıl Parisdəki yarışda finala çıxmışam, ancaq bu dəfə sağ dizimdəki əməliyyat səbəbindən finala çıxa bilmədim.

Parisdəki yarışın başlamasından təxminən 22 gün əvvəl sağ dizimdən əməliyyat olunmuşdum. Amma bunu mediada bildirməmişdim.

Bu yarışa gəlməzdən əvvəl həkimlərlə danışmışdım. Həkimlər yarışa getməyimi dəstəkləmirdilər.

Turnirin ciddiliyini və dünyadakı bütün karateçilərin Olimpiya lisenziya xalları qazanmaq istədiklərini nəzərə alsaq, mən də iştirak etməli idim. Bu yarışda dizlərimə çox təzyiq edəcəyimi bilirdim. Amma məcbur oldum və tatamiyə çıxdım”.

Sportinfo.az xəbər verir ki, bunu karate üzrə beşqat dünya, onbirqat Avropa çempionumuz Rafael Ağayev İranın Fars Xəbərlər Agentliyinə müsahibəsində deyib.

O, ötən ay Fransanın paytaxtı Parisdə keçirilmiş ilin ilk Premyer Liqa yarışından danışıb. Medalsız qalsa da, Rafael nəticəni özü üçün uğurlu hesab etdiyini bildirib:

“Bu yarışdan xal qazanmağım mənim üçün çox vacib idi. Xal topladım və yarışdığım üçün məmnunam. Yarışmağım mənim üçün əla oldu.

Medal qazana bilməsəm də, Fransada istədiyim nəticəni əldə etdim. Qarşıdakı bir neçə ayda önəmli yarışlarımız var. Allahın istəyi ilə, qismətdə varsa, həmin yarışlarda medal qazanaram”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı