Rafael Ağayevlə İrina Zaretska ən yaxşılar arasında

26 Yanvar 2020 15:20 Karate 633
Rafael Ağayevlə İrina Zaretska ən yaxşılar arasında

Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ötən mövsümün nəticələrinə əsasən "Grand Winners" mükafatı ilə təltif olunublar. Sportinfo.az xəbər verir ki, bunula da Azərbaycan karateçiləri dünyanın ən yaxşı döyüşçüləri arasında növbəti dəfə yer alıblar.

Dünya Karate Federasiyasının (WKF) ilin yekunlarına əsasən təsis etdiyi bu nüfuzlu mükafat, hər çəki dərəcəsində ən yüksək nəticə göstərən idmançılara təqdim olunur. İdmançılara mükafatları WKF prezidenti Antonio Espinos və Karate1 Premyer Liqa turnirinin Paris mərhələsinin təşkilatçısı, Fransa Karate Federasiyasının prezidenti Fransis Didye təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”