Azərbaycanlı karateçi İlahə Qasımova idmanda qazandığı uğurlarla yanaşı, gözəlliyi ilə də özündən söz etirir. Sportinfo.az xəbər verir ki, ölkəmizin ən cazibədar karateçisi "Bakı-2015" I Avropa oyunlarının bürünc mükafatçısı olub. Prezident İlham Əliyev buna görə onu "Tərəqqi" medalı ilə təltif etdi. İlahə 20156-cı ilə Fransanın Monpelye şəhərində keçrilən Avropa çempionatında qızıl medala sahib çıxıb.
Sosial mediada da fəal olan karateçi tez-tez fotolarını paylaşır. Təbii gözəlliyi ilə diqqət çəkən İlahə heç bir xarici orqanının plastik əməliyyat olunmadığını bildirir: "Nə dodağım silikondu, nə də burnum əməliyyat olunub. Əksinə, burnum qırıqdı. Hətta saçımın rəngi belə özümündr. Nə varsa, təbiidi".

