Rafaellə İrina Zaretska xüsusi mükafata layiq görüldülər

4 Dekabr 2019 16:28 Karate 719
Rafaellə İrina Zaretska  xüsusi mükafata layiq görüldülər

Dünya Karate Federasiyası (WKF) Madriddə keçirilən Premyer Liqa turnirinin nəticələrindən sonra ənənvi "Grand Winners" mükafatının sahiblərini elan edib.

Sportinfo.az xəbər verir ki, hər kateqoriyadan ən yüksək nəticə göstərən idmançılar arasında dünya şöhrətli Azərbaycan karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) da var. Son dünya çempionu və olimpiya reytinqinin lideri Zaretska ikinci dəfədir ki, "Böyük qaliblər" mükafatına sahib olur. "Yaxşıların yaxşısı" titulunu 2 il əvvəl də qazanan millimizin üzvü gələn mövsüm xüsusi qızılı saplarla işarələnmiş karateqi geyimi ilə tatamiyə çıxacaq.

Beş qat dünya və on iki dəfə Avropa çümpionu olan Ağayev isə ardıcıl ikinci ildir "Grand Winners" mükafatnı qazanır. Tanınmış karateçi bu mövsümdə Premyer Liqa yarışlarından Moskvada çempionluqdan əlavə, Paris və Tokioda gümüş medal, Dubay və Rabatda isə bürünc mükafata sahib olub. Bundan başqa həmyerlimiz İspaniyada Avropa ikincisi və Belarusda Avropa Oyunlarının gümüş müküfatçısı olub.

Fərqlənən karateçilərə mükafatlar 24 - 26 yanvar 2020-cil ildə Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində təqdim olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti