İspaniyadan 2 medalla qayıdırıq

2 Dekabr 2019 23:15 Karate 635
İspaniyadan 2 medalla qayıdırıq

29 noyabr-1 dekabr tarixlərində İspaniyanın paytaxtı Madriddə keçirilən Karate1 Premyer Liqa yarışı başa çatıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan karateçiləri turnirdə mövsümün son mərhələsini 2 medalla başa vurublar.

Dünya Karate Federasiyasının (WKF) ən mötəbər liqasında İrina Zaretska (-68 kq) qızıl, Pənah Abdullayev (-84 kq) isə bürünc medal qazanıb. Nuranə Əliyevanın 3-cü yer uğrunda həlledici görüşü uğursuz alınıb.

Yarışda 89 ölkədən 737 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları qazanıblar. Azərbaycan hakimləri Cahangir Babayev və Vüqar Kərimov da mötəbər yarışın final görüşlərinə etimad göstərilən referilər arasında yer alıblar.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!