Azərbaycan Premyer Liqanın son mərhələsində 2 medal qazandı

2 Dekabr 00:42 Karate 74
Azərbaycan  Premyer Liqanın son mərhələsində 2 medal qazandı

İspaniyanın paytaxtı Madriddə keçirilmiş Karate1 Premyer Liqasında Azərbaycan millisi 2 medal qazanıb. Sportinfo.az xəbər verir ki, mövsümün son mərhələsində İrina Zaretska (68 kq) qızıl, Pənah Abdullayev (84 kq) isə bürünc medal qazanıb. Nuranə Əliyeva isə 3-cü yer uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətlənib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. İspaniya paytaxtında 89 ölkədən 737 karateçi mübarizə aparıb.

İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları qazanıblar. Azərbaycan hakimləri Cahangir Babayev və Vüqar Kərimov da mötəbər yarışın final görüşlərinə etimad göstərilən referilər arasında yer alıblar.

Karate1 Premyer Liqasının Madrid mərhəlsində həmçinin ilin yekununa əsasən fərqlənən idmançılar "Grand Winners" mükafatlarına layiq görülüblər.

2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) da var. Mükafatın təqdimatı isə 24-26 yanvar 2020-cil ildə Parisdə, növbəti mövsümün ilk Premyer Liqasında olacaq.

Xəbər Lenti
9 Dekabr 21:20 "Telefonlarımız susmur"
9 Dekabr 18:52 119 ildən sonra
9 Dekabr 17:07 Əhməd Buffonu keçdi
9 Dekabr 15:25 Ayaz həsrətlə baxdı
9 Dekabr 12:36 Miçel 100-ə çatdı
9 Dekabr 12:07 FIFA Ağayevi çağırdı