Rafael Ağayev ilk görüşdəcə məğlub olub medalsız qaldı

30 Noyabr 2019 14:05 Karate 881
Rafael Ağayev ilk görüşdəcə məğlub olub medalsız qaldı

İspaniyanın paytaxtı Madriddə karate üzrə Premyer Liqa yarışı start götürüb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə 17 idmançı təmsil edir.

Yarışın ilk günündə tatami üzərinə çıxan 6 karateçimizdən yalnız qadın millimizin üzvü Nuranə Əliyeva (-50 kq) bürünc medal uğrunda görüşə çıxmaq hüququ əldə edib.

Komandamızın lideri Rafael Ağayev (-75 kq) ilk görüşündəcə serbiyalı Lyubişa Mariçə (0:2), eləcə də digər idmançılarımız - Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq) və İlahə Qasımova (-55 kq) məğlub olaraq mübarizəni erkən dayandırıblar.

Digər Xəbərlər
Xəbər Lenti