"Allah heç kimə belə günlər nəsib etməsin" - Türkiyədə müalicə olunan idmançımız

9 Noyabr 2019 13:40 Karate 930
"Allah heç kimə belə günlər nəsib etməsin" - Türkiyədə müalicə olunan idmançımız

Karate üzrə dünya çempionu Ayxan Mamayev uzun müddətdir böyrək çatızmazlığından əziyyət çəkir.

Sportinfo.az xəbər verir ki, 17 gün xəstəxanada yatan karateçinin səhhəti artıq yaxşılaşıb. Qeyd edək ki, idmançımız Türkiyədə müalicə alıb. Bu haqda Ayxan "İnstagram" səhifəsində paylaşım edib:

"17 gün Allahın sınağında oldum, çox əziyyətlər çəkdim. Böyrəklərimdə yaranan problemlə bağlı xəstəxanada qaldım. 1 həftə Azərbaycanda, 10 gün Türkiyədə müalicə aldım. Şükürlər olsun ki, nəticə gözəl oldu. Ailəmə, dostlarıma, Karate Federasiyasının rəhərliyinə, tanıyanlara, maraqlananlara çox sağ ol demək istəyirəm.

Bütün xərcləri Karate Federasiyası qarşıladı. Hər gün dostlarım yazıb, maraqlandılar. O qədər çətin gün yaşadım ki, indi düzəlməyimə sevinirəm. Allah heç kimə belə günlər nəsib etməsin. Hər günümüzə, anımıza şükürlər olsun".

Digər Xəbərlər
Xəbər Lenti