Moskvada karate üzrə Premyerliqa-1 turnirinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, milli komandamızın 3 üzvü yarışı medalla başa vurub.
75 kq çəki dərəcəsində yarışan Rafael Ağayev qızıl medala layiq görülüb. Yığmamızın lideri finalda qazaxıstanlı Yermek Yaynazarovu məğlub edib - 1:0.
İrina Zaretskaya (68 kq) da turniri 1-ci yerdə başa vurub. O, həlledici görüşdə Çin təmsilçisi Li Qonqdan üstün olub - 5:0.
Nuranə Əliyevə (60 kq) 3-cü yerlə kifayətlənib.