Milli Olimpiya Komitəsi Milli Karate Federasiyasına sponsor axtarır. Sportinfo.az xəbər verir ki, bu barədə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə prosport.az-a deyib. O bildirib ki, federasiyanın sponsorsuz qalması onların da diqqət mərkəzindədi və hazırda quruma sponsor axtarılması yönündə işlər gedir.
Azərbaycan Beynəlxalq Bankı federasiya ilə müddəti başa çatmış müqaviləni yeniləməmək qərarı verib. Karate üzrə milli komandamız martın 30-da BƏƏ-nin Dubay şəhərində keçiriləcək Premyer Liqa yarışlarına Gənclər və İdman Nazirliyinin xərcləri hesabına yollanacaq. Dubay Premyer Liqası millimiz üçün Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq yarışı olacaq.

