"Qızıl qazanmadığım üçün bəhanə axtarmaq istəmirəm"

30 İyun 2019 11:48 Karate 741
"Qızıl qazanmadığım üçün bəhanə axtarmaq istəmirəm"

"Avropa çempionatında böyüklər arasında yarışda 3-cü yeri tutdum,

İkinci Avropa oyunlarına lisenziya qazandım və öz yerimi bu yarışda da təsdiqlədim".

Sportinfo.az xəbər verir ki, bu sözləri bu gün İkinci Avropa Oyunlarının karate yarışlarının kata proqramında bürünc medal qazanan idmançımız Roman Heydərov deyib.

İkinci Avropa oyunlarının karate yarışında ilk medalı qazandığım üçün sevinirəm. Çox həyəcan keçirirdim.

Çünki 2015-ci il ilk Avropa oyunlarında iştirak etmək istəyirdim. 16 yaşım var idi. Yaşım az olduğundan iştirakıma icazə verilmədi.

Bu il Avropa çempionatında böyüklər arasında yarışda 3-cü yeri tutdum, İkinci Avropa oyunlarına lisenziya qazandım və öz yerimi bu yarışda da təsdiqlədim.

Bizim komanda mehriban, güclü komandadır. Həmişə bir-birimizə dəstək oluruq. Hamısı çox güclü idmançılar, Dünya, Avropa, İslam həmrəyliyi oyunlarının qalibləridir.

Onlar da medal qazanmaq üçün çalışırlar. Qızıl medal qazanmadığım üçün bəhanə axtarmaq istəmirəm. Mənim kateqoriyamda, katada yaş çox böyük rol oynayır.

Bədən inkişaf edir və kata daha rahat olur. Ona görə də yaşım artdıqca daha böyük nəticələr əldə edəcəyimə inanıram.

Qarşıdakı yarışlarda Tokio-2020-yə lisenziya qazanmaq və olimpiya çempionu olmaq istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti