"Minsk 2019": Azərbaycanın qadın karateçisi finala yüksəldi

29 İyun 2019 17:48 Karate 1 004
"Minsk 2019": Azərbaycanın qadın karateçisi finala yüksəldi

Azərbaycanın qadın karateçisi İrina Zaretska "Minsk 2019" II Avropa Oyunlarına yarımfinal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 68 kq çəki dərəcəsində yer alan idmançı ukraynalı Halina Melnyukla qarşılaşıb.

Görüşdən qalib ayrılan Azərbaycan təmsilçisi finala yüksəlib - 1:0.

Bu gün digər Azərbaycan karateçisi Asiman Qurbanlı (84 kq) da yarımfinal görüşünü keçirəcək. O, finala vəsiqə uğrunda gürcüstanlı Gogita Arkanianı sınağa çəkəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti