"Minsk 2019": Azərbaycan növbəti medalını qazandı - FOTO

29 İyun 2019 17:36 Karate 691
"Minsk 2019": Azərbaycan növbəti medalını qazandı - FOTO

Azərbaycan karateçisi Roman Heydərov "Minsk-2019" II Avropa Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Sportinfo.az xəbər verir ki, kata nüvündə mübarizə aparan idmançı Almaniya təmsilçisi İlya Smorgunerlə üz-üzə gəlib.

Dueldən qalib ayrılan (25.46 - 24.54) Azərbaycan təmsilçisi Avropa Oyunlarının bürünc medalını qazanıb.

Bu, hazırda Azərbaycan yığmasının "Minsk 2019"da 21-ci medalıdır. Komandanın aktivində 3 qızıl, 6 gümüş və 12 bürünc medal var.

Digər Xəbərlər
Xəbər Lenti